BAYRAQDAR MEDİA – Muğla Böyükşəhər Bələdiyyəsi tərəfindən Menteşe rayonuna bağlı Yeşilyurt məhəlləsində Qadın Yaşam Mərkəzi istifadəyə verilib.
Bu barədə karsmanset.com saytı məlumat yayıb.
Məlumata görə, açılışda Muğla Böyükşəhər Bələdiyyə Başçısı Ahmet Aras və Menteşe Bələdiyyə Başçısı Gonca Köksal Aras iştirak edərək çıxış ediblər: “Qadınların sosial və iqtisadi həyatda daha fəal rol ala bilməsi məqsədilə həyata keçirilən bu layihə bölgə sakinləri tərəfindən də məmnuniyyətlə qarşılanıb”.
Menteşe Bələdiyyə Başçısı Gonca Köksal Aras açılış zamanı Yeşilyurtun tarixi və mədəni dəyərlərinə diqqət çəkərək, bələdiyyələrin bağlanmasından sonra fəaliyyətsiz qalan binaları yenidən funksional hala gətirməyə başladıqlarını vurğulayıb.





