Press "Enter" to skip to content

Porsuk çayı yaşıla bürünüb

Porsuk çayı

BAYRAQDAR MEDİA – Eskişehirin simvollarından biri olan Porsuk Çayının suyu yaşıl rəngə çevrilib. Rəng dəyişikliyinin səbəbi isə rəsmi şəxslər tərəfindən açıqlanıb.

Bu barədə anadolugazetesi.com saytı məlumat yayıb.

Məlumata görə, şəhərin ən məşhur turistik ərazilərindən biri olan Adalar bulvarı ətrafında yerləşən Porsuk Çayının suyu son günlərdə yaşıl rəngə bürünüb və bu, sakinlərin diqqətini çəkib. Su əvvəlki halından xeyli fərqli görüntü sərgiləyib: “Rəsmi qurumlar bildiriblər ki, rəngin dəyişməsi baraj qapılarının açılmaması və nəticədə çayda su dövriyyəsinin dayanması ilə bağlıdır. Lakin aparılan araşdırmalara əsasən, hər hansı çirklənmə aşkar olunmayıb və suyun rəng dəyişikliyi təbii səbəblərlə izah olunub”.

Eskişehir sakinləri və turistlər yaşıl rəngə çevrilmiş Porsuk Çayını maraqla izləyərkən, rəsmilər çayın sağlamlığı üçün tədbirlərin davam etdiyini bildiriblər.

Mission News Theme by Compete Themes.