BAYRAQDAR MEDİA – “Hüquq Dünyası” Hüquqi Təblığat İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Uşaqların təhlükəsizliyi və hüquqlarının müdafiəsində sosial xidmətlərin rolu” layihəsini həyata keçirir.
Bu barədə İctimai Birliyin məlumatında qeyd edilib.
Məlumata görə, layihənin əsas məqsədini uşaq hüquqlarının qorunması və təbliği işini həyata keçirməkdə sosial mütəxəssislərin rolunun gücləndirmək və müvafiq dövlət qürumları ilə müzakirələrin aparılması təşkl edir.
Məlumatada deyilir ki, layihə çərçivəsində Qax rayon İcra Hakimiyyəti ilə əməkdaşlıq çərçivəsində Qax rayonunda dəyirmi masa keçirilib: “Dəyirmi masada sosial mütəxəsislərin rolunun gücləndirilməsi, uşaqların sosial mühitə inteqrasiya olunmasıın təşkilində və hüquqi, sosial-psixoloji dəstəyin həyata keçirilməsində sosial mütəxəssislərin rolu məsələləri müzakirə edilib. Tədbirdə 25 sosial- psixoloji xidmət göstərən mütəxəssis, müvafiq dövlət qürumlarının əməkdaşları iştirak edib. Tədbiri Qax rayon icra hakimiyyətinin Uşaq hüquqlarının müdaiəsi üzrə komissiyanın məsul katibi Nəsimi Raziyev açaraq, qonaqları salamlayıb. O, həyata keçirilən layihəni yüksək qiymətləndirərək, belə müzakirələrin keçirilməsinin xüsusi əhəmiyyətini qeyd edib”.
Məlumata görə, sonra Qax rayon Heydər Əliyev Mərkəzinin direktoru Arzu Dunusova çıxış edib: “Arzu Dunusova həyata keçirilən layihənin işinə uğurlar arzulamış, uşaqların təhlükəsizliyi və hüquqlarının qorunmasında həyata keçirdikləri fəaliyyətlərdə müxtəlif dövlət qurumlarının koordinasiyalı fəaliyyətinin vacibliyini qeyd edib. “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin sədri, layihə rəhbəri Zaur Quliyev layihənin məqsəd və vəzifələri, layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətlər haqqında geniş məlumat vermiş, müasir dünyada sosial mütəxəssislərin üzərinə də ciddi və məsuliyyətli bir vəzifənin düşdüyünü bildirib. Qeyd edilib ki, layihə çərçivəsində “Sosial xidmətlər- uşaqların təhlükəsizliyi və hüquqlarının müdafiəsində əsas amil kimi” mövzusunda dəyirmi masaların təşkil olunmasında əsas məqsədin bu sahədə bölgədə mövcud vəziyyətlə tanış olmaq, spesifik ehtiyacların müəyyən edilməsi üçün müzakirələrin təşkil olunmasından ibarətdir”.
Digər çıxış edənlər uşaqların təhlükəsizliyi və hüquqlarının müdafiəsində görülən işlər haqqında məlumat verib, layihənin qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirilməsinin vacibliyini vurğulayıblar.
Layihə üzrə ekspert, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynov sosial xidmətlər- uşaqların təhlükəsizliyi və hüquqlarının müdafiəsində əsas amil kimi mövzudunda məruzə edib.
Tədbir iştirakçıları vacib və aktual layihəni dəstəklədikləri üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, layihənin uğurlu icrasına görə “Hüquq Dünyası” Hüquqi Təblığat İctimai Birliyinə öz təşəkkürlərini bildirib, gələcəkdə belə layihələrin davam etdirilməsinin faydalı, maraqlı olmaqla bərabər, gələcəyimiz olan uşaqların təhlükəsiz, sosial-psoxoloji və emosional baxımdan sağlam böyüməsində mühüm rolu olduğunu ifadə ediblər.
Sonda iştirakçılarla çay- kofe fasiləsi zamanı da müzakirələr davam etdirilib, xatirə fotoşəkili çəkilib.





