Press "Enter" to skip to content

Şəhid övladları Avstriyada yay düşərgəsində

Xatirə fotosu

BAYRAQDAR MEDİA – Azərbaycanın tələbə şəhid övladları üçün Avstriyanın Zalsburq və Vyana şəhərlərində keçirilən “Əmanətə Sədaqət” Yay Düşərgəsi davam etməkdədir. Düşərgə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Avstriya Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı,Azərbaycan Diasporuna Dəstək Fondu (ADDF), “Azərbaycan Hava Yolları” (AZAL) QSC və “Azərlotereya” ASC-nin tərəfdaşlığı ilə reallaşır.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumata görə, 28 iyul – 2 avqust tarixlərində keçiriləcək düşərgədə yerli və xarici universitetlərdə təhsil alan və yüksək akademik göstəricilərə malik 22 şəhid övladı iştirak edir: “Düşərgənin ilk günündə Zalsburq Azərbaycan Evində açılış mərasimi keçirilib. Mərasimə Avstriya və Sloveniyada yaşayan Azərbaycan diasporunun fəal üzvləri, eləcə də Avstriyada fəaliyyət göstərən Türkiyə diasporunun nümayəndələri qatılıblar. Düşərgə ərzində iştirakçılar karyera planlaması, şəxsi inkişaf, liderlik və motivasiya mövzularında peşəkar təlimlərə qatılacaq, Avstriyanın tarixi bölgələrinə səfərlər edəcəklər.

Mission News Theme by Compete Themes.