CASCFEN və ÇMD birgə addımlar atacaq
BAYRAQDAR MEDİA – İyul ayı “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) üçün bir sıra uğurlarla yadda qalıb. Əvvəla Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə reallaşdırılan layihə çərçivəsində KKTC-də və Türkiyədə tədbirlər keçirilib. Eyni zamanda, bu tədbirlər çərçivəsində bir sıra gələcək əməkdaşlıqlara dair müqavilə imzalanıb, yaxud razılıqlar əldə edilib.
Bu barədə CASCFEN-in mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, belə ilkin razılığa dair məsləhətləşmə Kuzey Kıbrısda fəaliyyət göstərən Çağdaş Müzik Derneği (ÇMD) ilə aparılıb.
Belə ki, CASCFEN sədri Nadir İsmayılov KKTC-yə səfər çərçivəsində ÇMD-nin mərkəzi ofisini ziyarət edib. Ziyarət zamanı ÇMD-nin İdarə Heyətinin üzvləri və sədr müavinləri ilə görüş keçirilib. Çağdaş Müzik Derneğinin başqanı və tanınmış xor dirijoru Ersin Tünay həmin vaxt ölkə xaricində olduğu üçün CASCFEN-in türk dünyasına xidmətlərinə görə onu təltif etdiyi plaket İdarə Heyətinin üzvərinə təqdim edilib.
ÇMD sədr müavini Ayşe Fevzi Göktaş və ÇMD İdarə Heyətinin üzvü Kadriye Karaoğlan diqqətə görə təşəkkür ediblər.
Görüş zamanı, eyni zamanda CASCFEN-lə ÇMD arasında gələcək əməkdaşlıqlar, türk dünyası ilə bağlı məədni proqramların hazırlanması və s. ilə bağlı birgə addımlara dair ilkin razılıq əldə edilib.








