BAYRAQDAR MEDİA – Cümhurbaşqanı Recep Tayyip Erdoğanın hər fürsətdə diqqət çəkdiyi və Türkiyə üçün “mövcudluğa təhdid, bir fəlakət” kimi xarakterizə etdiyi doğum səviyyəsi ölkə üzrə tarixi ən aşağı həddə – 1.51 səviyyəsinə qədər enib.
Bu barədə eskisehir.net saytı məlumat yayıb.
Məlumatda deyilir ki, Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatlarına görə, bu narahatedici vəziyyət Eskişehir üçün də keçərlidir: “TÜİK-in yaydığı son statistikaya əsasən, 2024-cü ildə Eskişehirdə ümumi doğum əmsalı cəmi 1,12 uşaq olaraq ölçülüb. Bu göstərici Eskişehiri doğum səviyyəsinə görə Türkiyənin ən aşağı pilləsinə yerləşdirib. Bartınla eyni göstəriciyə sahib olan Eskişehir, qadın başına düşən uşaq sayı baxımından ölkənin ən aşağı doğum səviyyəsinə malik vilayətlərindən biri olub”.
Qeyd olunub ki, Eskişehiri 1,15 göstərici ilə Zonguldak və Ankara izləyib. Ən yüksək doğum göstəricisi isə hər qadına 3,28 uşaq düşən Şanlıurfada qeydə alınıb.





