Press "Enter" to skip to content

Qırğızıstan-Özbəkistan münasibətlərində strateji tərəfdaşlıq vurğusu

Bayraqlar

BAYRAQDAR MEDİA – Özbəkistanın xarici işlər naziri Baxtiyar Səidov Qırğızıstanın paytaxtı Bişkekə rəsmi səfəri çərçivəsində həmkarı Ceenbek Kulubayevlə görüşüb. Görüşdə Qırğızıstan və Özbəkistan arasında ikitərəfli münasibətlər dostluq, qarşılıqlı etimad və konstruktiv dialoq əsasında müzakirə olunub.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Bildirilib ki, “nazirlər dövlət başçıları səviyyəsində əldə olunmuş razılaşmaların icrasına dair konkret addımları dəyərləndirib. Son dövrlərdə liderlər arasında artan təmaslar məmnunluqla qeyd olunub. Tərəflər iki ölkə arasında genişmiqyaslı strateji tərəfdaşlığın daha da gücləndirilməsinə sadiq olduqlarını vurğulayıblar”.

Görüşdə iqtisadi inkişaf, təhsil sahəsində əməkdaşlıq və regional təhlükəsizlik məsələlərində ortaq layihələrin gündəmə gələ biləcəyi qeyd olunub. Ən yüksək səviyyədə keçiriləcək tədbirlərin təqvimi üzrə də qarşılıqlı razılıq əldə olunub.

Tərəflər BMT, Türk Dövlətləri Təşkilatı (TDT), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), Müstəqil Dövlətlər Birliyi (MDB) və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) kimi beynəlxalq və regional qurumlar çərçivəsində əməkdaşlıq imkanlarını da müzakirə ediblər.

Mission News Theme by Compete Themes.