Press "Enter" to skip to content

Xankəndidə zərərli orqanizmlərə qarşı fitosanitar tədbirlər

Xankəndidə zərərli orqanizmlərə qarşı fitosanitar tədbirlər

BAYRAQDAR MEDİA – Azərbaycanın işğaldan azad olunmuş ərazilərində kənd təsərrüfatının bərpası və inkişafı istiqamətində kompleks tədbirlər davam etdirilir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “bu çərçivədə Aqrar Xidmətlər Agentliyinin (AXA) Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin mütəxəssisləri tərəfindən Xankəndi şəhəri ərazisində bitki sağlamlığının qorunması məqsədilə monitorinqlər aparılıb. Monitorinqlər zamanı parklarda, yaşıllıq sahələrində və yol kənarlarında əkilmiş cökə ağaclarında zərərli orqanizmlərin yayılması halları müəyyən edilib. Aşkarlanan fitosanitar risklərə qarşı müvafiq kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Mübarizə tədbirləri zərərli orqanizmlərin qarşısının alınması, ağacların sağlamlığının qorunması və yaşıllıq zolaqlarının ekoloji davamlılığının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”.

Qeyd edək ki, işğaldan azad olunmuş digər ərazilərdə də Mərkəzin əməkdaşları tərəfindən əkin sahələrində və meşə zolaqlarında zərərli orqanizmlərə qarşı mütəmadi olaraq monitorinqlər və mübarizə tədbirləri həyata keçirilir.

Mission News Theme by Compete Themes.