Press "Enter" to skip to content

CHP-də yeni narazılıq

CHP

Ali Haydar Çelik: Özlərinin belə dəstəkləməyəcəyi namizədi prinsipsiz şəkildə müdafiə edirlər

BAYRAQDAR MEDİA – Türkiyədə, CHP-də (Cümhuriyyət Xalq Partiyası) qurultay prosesi başlayıb. Lakin bu proses partiya daxili narazılıqla müşayət olunur.

Bu barədə eskisehir.net saytı məlumat yayıb.

Məlumata görə, Eskişehir Böyükşəhər Bələdiyyəsi CHP Məclis Üzvü Ali Haydar Çelik verdiyi açıqlama ilə namizədlər və onlara dəstək verənlərə sərt tənqidlər ünvanlayıb: “Çelik bildirib ki, namizədin zorla qəbul etdirilməsinə son qoyulmalıdır. O, “partiyanın daxilində demokratik xidmət yarışı deyil, güc yolu ilə özlərinin belə dəstəkləməyəcəklərini söylədikləri bir namizədi prinsipsiz ittifaq quraraq müdafiə edənlər parçalanmaya səbəb olur” deyib”.

O, həmçinin “Əgər CHP üzvünün necə davranacağını siz müəyyənləşdirəcəksinizsə, seçki keçirməyə nə ehtiyac var? Gedin birbaşa təyinatla təyin edin. Dəyişiklik tərəfdarı rolu oynamağınızın da nə qədər saxta olduğunu daha aydın görək.” deyə əlavə edib

Mission News Theme by Compete Themes.