Press "Enter" to skip to content

İyulda 13 mindən artıq müraciət daxil olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsi

BAYRAQDAR MEDİA – İyul ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 13 541 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.

Bu barədə BAYRAQDAR MEDİA-ya BŞTİ-dən məlumat verilib.

Məlumata görə, statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 8 min 124 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 2 min 607 müraciət daxil olub: “BŞTİ-yə 2 336 sənəd (vətəndaşlar tərəfindən 350 ərizə, Elm və Təhsil Nazirliyindən 496, digər qurumlardan 220, tabelikdə olan təhsil müəssisələrindən 558 məktub və 712 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 474 elektron müraciətə baxılıb. Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edir”.

Mission News Theme by Compete Themes.