Türkiyənin Tibb Elmləri Universitetinin tibb fakültəsinə qəbul elan edilir
BAYRAQDAR MEDİA – Türkiyənin Tibb Elmləri Universitetinin tibb fakültəsinə qəbul elan edilir.
Bu barədə Dövlət İmtahan Mərkəzinin məlumatında qeyd edilib.
Məlumatda deyilir: “Dövlət Sərhəd Xidməti və Türkiyə Silahlı Qüvvələri arasında razılaşdırılmış Tədbirlər Planına müvafiq olaraq 2025/2026-cı tədris ilində Türkiyə Respublikası Tibb Elmləri Universitetinin tibb fakültəsinə qəbul olmaq məqsədilə IV ixtisas qrupu üzrə 600 baldan yuxarı nəticə göstərmiş abituriyentlər sənədlərini 5 avqustdan 7 avqustadək Dövlət Sərhəd Xidmətinə təqdim edə bilərlər. Ünvan: Bakı şəhəri, Z.Əliyeva küçəsi, 76; Əlaqə nömrəsi: 012 493 62 47”.





