Press "Enter" to skip to content

Maliyyə nəticələri açıqlanıb

BAYRAQDAR MEDİA – “AzerGold” QSC-nin və onun törəmə şirkətləri- “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-nin2024-cü ilin yekunlarına dair maliyyə hesabatları açıqlanıb.

Bu barədə qurumdan məlumat verilib.

Bildirilib ki, “beynəlxalq nüfuzlu müstəqil auditor şirkəti – “PricewaterhouseCoopers” tərəfindən aparılan maliyyə yoxlamaları nəticəsində müsbət auditor rəy verilən maliyyə hesabatlarına əsasən Səhmdar Cəmiyyətin və onun törəmə şirkətlərinin birgə maliyyə nəticələrində pozitiv tendensiyalar qeydə alınıb. Ötən ili də yüksək gəlir və mənfəətlə başa vuran Cəmiyyət bütün göstəricilər üzrə mövqeyini daha da möhkəmləndirib”.

Məlumata görə, ümumilikdə, 2023-cü illə müqayisədə satış gəlirləri 2024-cü ildə 35 faiz artaraq 182.69 milyon ABŞ dolları səviyyəsinə yüksəlib: “Hesabat ilində qiymətlilərin satış həcmi 9 faiz artaraq, 70.5 min unsiya qızıl və 97.5 min unsiya gümüş təşkil edib. 2024-cü ildə istehsalat həcmi və satış gəlirlərinin artması nəticəsində “AzerGold” QSCvə onun törəmə şirkətlərinin əməliyyat mənfəətini xarakterizə edən EBITDA göstəricisi 27.5 faiz artaraq 89.88milyon ABŞ dolları səviyyəsində qeydə alınıb. Nəticədə xalis mənfəət 2023-cü illə müqayisədə hesabat ilində 21.3 faiz artaraq 33.02 milyon ABŞ dolları təşkil edib”.

Mission News Theme by Compete Themes.