BAYRAQDAR MEDİA – Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatlarına əsasən hazırlanan və sosial mediada geniş maraq doğuran xəritə ölkənin şəhərlərində orta ömür uzunluğunu əks etdirib.
Bu barədə kayserianadoluhaber.com.tr saytı məlumat yayıb.
Məlumata görə, siyahının zirvəsində Tunceli şəhəri yer alıb: “Burada orta ömür uzunluğu 80.8 il təşkil edir və bu göstərici ilə Tunceli Türkiyənin ən uzunömürlü şəhəri sayılır. Ardınca Muğla və Trabzon (80.3 il), Giresun (80 il), Rize (79.4 il) və Elazığ (78.7 il) gəlir. Bu bölgələrdə təbiətlə iç-içə həyat tərzi, sağlam qidalanma və aşağı stres səviyyəsi əsas amillər kimi göstərilir”.
Ən qısa ömür uzunluğu isə Kilis şəhərində qeydə alınıb – cəmi 76.1 il: “Siyahının sonunda Kilis, Gaziantep (76.4), Ağrı (76.8) və Van (77.1) şəhərləri yer alır. Mütəxəssislər bu mənzərəyə sosial-iqtisadi çətinliklər, səhiyyə xidmətlərinə çıxışdakı məhdudiyyətlər və ekoloji şərtlərin təsir etdiyini bildirirlər”.





