BAYRAQDAR MEDİA – “Səhmdar Cəmiyyətin 2024-cü il üzrə ümumi aktivlərinin dəyəri 488.35 milyon ABŞ dolları təşkil edib, buəvvəlki ilin analoji göstəricisi ilə müqayisədə 4.3 faiz artıma bərabərdir”.
Bu barədə “AzerGold” QSC-dən məlumat verilib.
Məlumata görə, Səhmdar Cəmiyyət və onun törəmə şirkətlərinin 2024-cü ildəxalis dövriyyə kapitalı 3.1 faiz artaraq 105.22 milyon ABŞ dolları, ümumi kapitalı 26 faiz artaraq 399.78 milyon ABŞ dolları təşkil edib.
“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2024-cü il üzrə göstəriciləri dövlət şirkətinin və onun törəmə şirkətlərindəyüksək maliyyə dayanıqlığının mövcudluğunu təsdiqləyir.





