Press "Enter" to skip to content

Urmu gölünün acınacaqlı dövrü

Urmu gölünün acınacaqlı dövrü

BAYRAQDAR MEDİA – İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının bataqlıq ərazilər üzrə müavini Əhmədrza Lahicanzadə bildirib ki, Urmu gölündə suyun səviyyəsi ən aşağı həddə çatıb.

Xəbəri “Azad İran” Telegram kanalı “Tasnim News”a istinadən yayımlayıb.

O, “suyun səviyyəsi bundan da aşağı düşsə, əlavə statistik məlumat açıqlanmayacağını vurğulayaraq, avqustun 1-də əldə edilən statistik göstəricilərə əsasən, gölün səviyyəsi 1 min 269 metr 74 sm, sahəsi 581 kvadrat km , suyunun həcmi isə təxminən yarım milyard kubmetrdir”deyə bildirib.

Qeyd edilib ki, “Urmu gölünün ekoloji baxımdan minimum su həcmi 15 milyard kubmetr, maksimum həcmi 30 milyard kubmetr, minimum sahəsi isə 4 min 637 kvadrat km olmalıdır. Hazırkı vəziyyət gölün ciddi ekoloji böhran içində olduğunu göstərir”.

Mission News Theme by Compete Themes.