Press "Enter" to skip to content

Yalçın Topçu səfir Nariman Cəlalı ziyarət edib

Görüş zamanı

BAYRAQDAR MEDİA– Türkiyə Cümhurbaşqanının Baş müşaviri Yalçın Topçu, Ukraynanın Ankaradakı səfiri vəzifəsinə yeni təyin olunan Nariman Cəlalı ziyarət edib.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Məlumata görə ziyarətdə Yalçın Topçunu AK Parti keçmiş Ordu millət vəkili və Yerli Düşüncə Dərnəyinin sədri Metin Gündoğdu müşayiət edib.

Görüş zamanı Yalçın Topçu, Türkiyənin Ukraynanın ərazi bütövlüyünə tam dəstəyini bir daha vurğulayıb. O, həmçinin Rusiyanın 30 iyuldan 31 iyula keçən gecə Kiyevə raket zərbələri endirməsi nəticəsində həlak olanlar üçün başsağlığı verib. Y.Topçu, hücum zamanı ukraynalı mülki vətəndaşların həyatını itirməsi ilə əlaqədar səfirlikdə açılmış başsağlığı dəftərini imzalayıb.

Mission News Theme by Compete Themes.