BAYRAQDAR MEDİA – Afyonkarahisar şəhəri, Avropa Birliyi tərəfindən coğrafi işarə almış sucuq və pastırmasını daha geniş tanıtmaq üçün diqqətçəkici bir təşəbbüsə imza atıb.
Bu barədə kayserianadoluhaber.com.tr saytı məlumat yayıb.
Məlumatda deyilir ki, Afyon Ticarət Birjası, şəhərin giriş və çıxışlarına nəhəng sucuq və pastırma fiqurları (totemlər) yerləşdirməyə hazırlaşır: “Afyonkarahisar Ticarət Birjasının sədri Mehmet Mühsürlər şəhər bələdiyyə məclisində müzakirəyə çıxarılan “sucuq və pastırma totemi” ideyasına dəstək verdiklərini açıqlayıb. Mühsürlər bildirib ki, şəhərin simvollarını ön plana çıxarmaq məqsədilə iki böyük totem inşa ediləcək. Avropa Birliyi tərəfindən qeydiyyata alınan ilk türk sucuğu olan Afyon sucuğunun tanıtımı üçün atılan bu addım şəhər təqdimatına yönəlik fərqindalığı artırıb və diqqət yenidən Kayseriyə yönəlib. Kayseri, həm ölkə daxilində, həm də xaricdə “pastırma və sucuq” deyiləndə ağıla gələn ilk şəhərlərdən biri olsa da, bu məhsulların tanıtımı baxımından Afyondan geri qalırmı? Kayseridə bu məhsulları simvolizə edən heç bir simvolik strukturun olmaması sosial mediada zaman-zaman tənqid mövzusuna çevrilir”.





