Press "Enter" to skip to content

Ağrı dağının ətəyindəki bataqlıq ərazilər turizmə qazandırılır

İslamköy yaxınlığı

BAYRAQDAR MEDİA – Türkiyənin doğusunda yerləşən və təbii gözəllikləri ilə diqqət çəkən Ağrı dağının ətəklərindəki bataqlıq ərazilər təbiət turizmi baxımından yeni cazibə mərkəzinə çevrilməkdədir. Iğdırın Aralık və Karakoyunlu rayonları arasında yerləşən bu ərazilər il boyu müxtəlif vəhşi heyvan və quş növlərinə ev sahibliyi edir.

Bu barədə igdirhaber.net saytı məlumat yayıb.

Məlumata görə ümumi olaraq “Iğdır Ovalığı Aralık Sulak Ərazisi” kimi tanınan bu bölgədə aparılan müşahidələr burada çoxsaylı quş növlərinin yaşadığını ortaya çıxarıb: “ Ağrı dağının zirvəsindən ərimiş qar və buzla qidalanan bu ərazi, hər fəsildə fərqli quş və heyvan növlərinin məskəni olur. Xüsusilə miqrasiya edən quşların dayandığı ərazi kimi tanınan bu sulak sahə, təbiət və quş müşahidəsi turizmi baxımından böyük potensiala malikdir”.

Bölgənin bu zənginliyini turizmə qazandırmaq məqsədilə quş müşahidə stansiyaları və qüllələrinin inşasına başlanılıb. İslamköy yaxınlığında bir quş müşahidə stansiyasının tikintisi tamamlanıb, quşların çoxluq təşkil etdiyi müxtəlif nöqtələrdə isə yeni müşahidə qüllələri inşa edilir.

Mission News Theme by Compete Themes.