Press "Enter" to skip to content

“ASAN könüllüləri”nin “Bilik Karvanı”

“Bilik Karvanı” aksiyası başlayıb

BAYRAQDAR MEDİA – “ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramı çərçivəsində “Bilik Karvanı” aksiyası başlayıb.

Bu barədə “ASAN xidmət”dən məlumat verilib.

Bildirilib ki, “ASAN Könüllüləri” Təşkilatının və “BRAVO” marketlər şəbəkəsinin birgə əməkdaşlığı ilə 15 Sentyabr – Bilik Gününə həsr olunan “Bilik Karvanı” aksiyası çərçivəsində vətəndaşların dəstəyi ilə 6-14 yaş aralığında sosial qayğıya ehtiyacı olan uşaqların arzuları gerçəkləşdiriləcək.

Avqustun 21-dək davam edəcək aksiyada vətəndaşlar “BRAVO” marketlər şəbəkəsinin “20 Yanvar” və “Koroğlu” filiallarında qurulmuş xüsusi guşələrə yaxınlaşmaqla məktublarla tanış ola və öhdəliyə götürə bilərlər.

“Bilik Karvanı” layihəsi boyunca Azərbaycanın bir çox bölgələrində 300-dən çox uşağa məktəb çantası, ləvazimatları, kitablar və digər hədiyyələr təqdim olunacaq.

Xatırladaq ki, “ASAN Məktub” sosial proqramı çərçivəsində indiyədək 10 mindən çox uşağın arzusu reallaşdırılıb.

Mission News Theme by Compete Themes.