BAYRAQDAR MEDİA – “Kıbrısda uzunmüddətli və davamlı tənzimləmə yalnız adanın reallıqlarının tanınması şərti ilə mümkündür. Danışıqlar üçün ümumi zəmin olmadan dialoqun bərpası mümkün deyil”.
KKTC Cümhurbaşqanlığından verilən məlumata görə, bunu Cümhurbaşqanı Ersin Tatar BMT Baş katibinin Kıbrısdakı xüsusi nümayəndəsi Kolin Stüartla görüşdə bildirib.
İki dövlətli həlldə israrlı olduqlarını ifadə edən Ersin Tatarın sözlərinə görə, Lefkosa adanın rum icması ilə “iki müstəqil və suveren dövlət” prinsipi əsasında əməkdaşlığa hazırdır: “Biz iki dövlətli həlldə israrlıyıq”.
BMT Təhlükəsizlik Şurasında Kıbrısın federal quruluşu ilə bağlı səslənən çağırışları şərh edən E.Tatar “Bu mövzu aktuallığını itirib. Bu məsələ ilə bağlı razılaşma məhz Yunanıstan tərəfinin günahı üzündən əldə olunmayıb” deyib.





