Press "Enter" to skip to content

İyulda KTM-ə zəhərlənmə səbəbi ilə 118 nəfər qəbul edilib

İyulda KTM-ə zəhərlənmə səbəbi ilə 118 nəfər qəbul edilib

BAYRAQDAR MEDİA – İyul ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 118 nəfər qəbul edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya KTM-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “şöbəyə qəbul edilən xəstələrdən 39 nəfər dərmandan, 47-si sirkə turşusundan, 4-ü həlledici məhluldan zəhərlənən şəxslərdir. Həmçinin 20 nəfər ilan sancması, 3 nəfər allergik reaksiya, 3 nəfər botulizm, 2 nəfər göbələk zəhərlənməsi səbəbilə şöbəyə yerləşdirilib”

Sonra xəbərdə, “həkimlərin səylərinə baxmayaraq zəhərlənən şəxslərdən 3-ü (1 nəfər qadın cinsli, 2 nəfər kişi cinsli) dünyasını dəyişib. Ölüm halları sirkə turşusu və dərman zəhərlənmələrindən qeydə alınıb” deyə qeyd olunur.

Mission News Theme by Compete Themes.