Press "Enter" to skip to content

Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi

BAYRAQDAR MEDİA – 2025-2026-cı tədris ili üzrə şagird yerdəyişməsi davam edir. Belə ki, proses ll-lX və Xl siniflər üzrə 5 avqust tarixindən sy.edu.az elektron sistemi üzərindən həyata keçirilir. X siniflər üçün isə 12 avqust saat 11:00-dan yerdəyişmə aktivləşdiriləcək.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, “valideynlər bir sıra lisey və gimnaziyalar istisna olmaqla elektron sistemdə sorğu yerləşdirərək müvafiq qaydalar çərçivəsində övladlarının bir təhsil müəssisəsindən digərinə köçürülməsini təmin edə bilərlər. Yerdəyişmə prosesində istisna təşkil edən lisey və gimnaziyalara qəbul isə imtahanla həyata keçiriləcək. Övladlarının həmin imtahanlarda iştirak etməsini istəyən valideynlər 13 avqust saat 18:00-a qədər sy.edu.az platforması üzərindən qeydiyyatdan keçə bilərlər”.

Məlumata görə, elektron sistem vasitəsilə şagird yerdəyişməsi valideynlərin rahatlığına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, ümumi tənzimlənmədə subyektiv amillərin aradan qaldırılmasına imkan verir.

Mission News Theme by Compete Themes.