Press "Enter" to skip to content

9 yaşlı qızın mədəsindən saç kütləsi çıxarılıb

9 yaşlı qızın mədəsindən saç kütləsi çıxarılıb

BAYRAQDAR MEDİA – 30.07.2025-ci il tarixində 05.08.2016-ci il təvəllüdlü Qax rayon sakini (qadın cinsli) ürəkbulanma, iştahsızlıq və qarın ağrısı şikayətləri ilə Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya KTM-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “aparılan radioloji müayinələrdən sonra ona tirixofagiya diaqnozu (mədəsində saç kütləsi bezoar) qoyulub və Uşaq Cərrahiyyə şöbəsinə yerləşdirilib. Şöbənin müdiri İlqar Haqverdiyev və həkim Binnət Sofiyevin iştirakı ilə qastrotomiya əməliyyatı icra edilib”.

Sonra xəbərdə, “9 yaşlı azyaşlının mədəsində aparılan cərrahi əməliyyat uğurla bitib və saç kütləsi xaric edilib. Hazırda onun müalicəsi Uşaq Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir” deyə bildirilir.

Qeyd edək ki, tirixofagiya adlandırılan xəstəlik əslində psixoloji problemdir. Uşaqlar öz saçlarını və ya yerə düşən tükləri götürüb yeyirlər. Bu zaman mədədə tük topası yığılır, tükdən ibarət böyük kütlə əmələ gəlir. Kütlə mədəni tam tutduqda artıq qidalana bilməmək, qusma və mədə nahiyəsində şişkinlik kimi əlamətlər ortaya çıxır.

Mission News Theme by Compete Themes.