BAYRAQDAR MEDİA – Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Gürcüstanda keçirilən “Agile Spirit – 2025” təlimində müşahidəçi qismində iştirak edir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “ilkin mərhələsi Gürcüstanın Vaziani və Norio Təlim mərkəzlərində kompüter dəstəkli komanda-qərargah təlimi kimi keçirilən “Agile Spirit – 2025”in hava desant birliklərinə aid komponenti isə qardaş ölkə Türkiyədə icra olunub. Təlimin məqsədi Qara Dəniz regionunda sülh və sabitliyə töhfənin verilməsi, eləcə də ABŞ, NATO-ya üzv və tərəfdaş ölkələrin döyüş hazırlığının, qarşılıqlı uzlaşma və əməliyyat qabiliyyətlərinin artırılmasıdır”.





