Press "Enter" to skip to content

İzmirin Kemalpaşa rayonunda zibil dağları yaranıb

Zibillik

BAYRAQDAR MEDİA – İzmirin Kemalpaşa rayonunda toplanan zibillərin mütəmadi daşınmaması səbəbilə onların düzənlik sahələrə atıldığı məlum olub. AKP Kemalpaşa İlçe Başkanı Metin Yaşar bu problemin həm ətraf mühitə, həm də insan sağlamlığına təhlükə yaratdığını və dərhal həll edilməli olduğunu vurğulayıb.

Bu barədə Türkgün Gazetesi məlumat yayıb.

Məlumata görə, İzmir Böyükşəhər Bələdiyyəsi tərəfindən Kemalpaşadakı zibil transfer mərkəzindən müntəzəm zibil daşınmadığı üçün rayon bələdiyyəsi tərəfindən toplanan zibillərin müxtəlif ərazilərə boşaldıldığı müşahidə olunub: “Məsələ ilə bağlı açıqlama verən və eyni zamanda həkim olan Metin Yaşar bildirib ki, bu vəziyyət hərtərəfli bir problemə çevrilib və həm Böyükşəhər, həm də rayon bələdiyyəsi bu məsələni təcili olaraq həll etməlidir”.

Mission News Theme by Compete Themes.