Press "Enter" to skip to content

Mobil telefon aludəçiliyindən xilas yolları müzakirə edilib

Tədbir zamanı

BAYRAQDAR MEDİA – Azərbaycan Milli QHT Forumunda mobil telefon aludəçiliyinə qarşı ictimai maarifləndirmə tədbiri keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Milli QHT Forumundan məlumat verilib.

Məlumata görə, “Psixoloji İnkişaf və Maarifləndirməyə Dəstək” İctimai Birliyi ilə birgə “Rəqəmsal Sağlamlıq – Yalnız “Like” etmə, hərəkət et!” mövzusunda keçirilən tədbirdə uşaqlar və gənclərdə mobil asılılığın artması, sosial medianın gündəlik həyata təsiri və bu vəziyyətə qarşı atıla biləcək addımlar müzakirə olunub: “Müzakirələr və çıxışlar zamanı belə qənaət ifadə olunub ki, telefon yox, real həyat ön planda olmalıdır. Eyni zamanda çıxışlarda “Rəqəmsal rifah və psixoloji balans”, “Sağlam ekran vaxtı vərdişləri”, “Bəyənməzdən əvvəl: düşün, seç, sorğula” mövzuları ilə bağlı fikirlər səsləndirilib”.

Məlumata görə, tədbirdə valideynlərə psixoloji tövsiyələr və ailədaxili rəqəmsal davranış qaydaları təqdim olunub: “Uşaqlar isə yaşlarına uyğun rəqəmsal davranışlarla bağlı məlumatlandırılıblar. Maarifləndirmə davam edir. Növbəti tədbirlər barədə sosial media səhifəmizdə məlumat veriləcək”.

Mission News Theme by Compete Themes.