Press "Enter" to skip to content

Nuri Adalı anılıb

Anım mərasimi

BAYRAQDAR MEDİA – Bolqarıstanda totalitar rejimə qarşı mübarizənin öncül simalarından biri olan Nuri Adalının vəfatının 21-ci ildönümündə anım mərasimi təşkil olunub.

Radio Bolqarıstan bunu Momçilqrad Bələdiyyəsinin Mətbuat Mərkəzinə istinadən yayıb.

Bildirilib ki, “Bolqarıstanın “Nelson Mandelası” kimi tanınan Nuri Adalının abidəsi önünə gül və əklillər qoyulub. Kommunist rejim dövründə 23 il siyasi məhbus kimi həbsxanada saxlanılan Nuri Adalı, Bolqarıstandakı türk icmasının hüquq və azadlıqları uğrunda mübarizə aparan bir şəxs kimi tanınır”.

Mərasimdə çıxış edən Momçilqrad Bələdiyyə Başçısı İlknur Kazım ““Nuri Adalı yalnız mübarizə və ağrı-acının xatirəsini deyil, eyni zamanda azadlıq, demokratiya və insan ləyaqətini qorumaq ilhamını da bizə miras qoyub. Onun cəsarəti və qətiyyəti qarşısında baş əyirik” deyib.

Mission News Theme by Compete Themes.