Muhammed Ruzubay: Bu və bənzər görüntülər hər dəfə gerçəkləşdikcə, mənim də arzularım reallaşır
BAYRAQDAR MEDİA – “Ötən həftə Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayev Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan tərəfindən “Dövlət Ordeni” ilə təltif olunmuşdu. Bu gün isə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkmənistanın Milli Lideri Qurbanqulu Berdimuhamedov tərəfindən “Türkmənistan Dövlət Ordeni” ilə mükafatlandırıldı”.
Bunu Özbəkistanın “Altın Kalem”, Qazaxıstanın “Elbaşı”, Qırğızıstanın “Üstün Hizmet Madalyası” laureatı Muhammed Ruzubay öz sosial şəbəkə hesabında yazıb.
Paylaşımda daha sonra deyilir: “Mən jurnalistikaya başladığım 1993-cü ilin mart ayından bu yana həmişə bu mənzərələrdə əks olunan məqsədi özümə amal edib çalışmağa səy göstərmişəm: Türklərin hər bir şəraitdə və məkanda qardaşlığı, birliyi və həmrəyliyi… Fikrim də, qələmim də daim bu yolda çalışdı… Bu və bənzər görüntülər hər dəfə gerçəkləşdikcə, mənim də arzularım reallaşır. Bu cür hər bir mənzərə məni həm sevindirir, həm də qürurlandırır və mənə “Şükür, qarınca misalı əlimdən gələn səylərim boşa getməyib” dedirdir. Türklərin qardaşlığı, birlik və həmrəyliyi naminə çalışan, buna vəsilə olan hər kəsə qəlbən təşəkkür edirəm…”





