Press "Enter" to skip to content

Bu sənəd bölgəyə uzunmüddətli sülh gətirmək potensialına malikdir

Prof. Dr. Mehmet Yüce

Mehmet Yüce: Vaşinqton görüşü Azərbaycanın hərbi qələbəsinin diplomatik təsdiqi kimi tarixə düşəcək

BAYRAQDAR MEDİA – “Avqustun 8-də Vaşinqtonda keçirilən görüşü təkcə iki ölkə – Azərbaycanla Ermənistan arasında barış prosesini irəli aparmadı. Bu görüş, eyni zamanda 907-ci düzəlişin tətbiqinin dayandırılması, Zəngəzur dəhlizinin açılması, ATƏT-in Minsk Qrupunun ləğvi kimi strateji əhəmiyyətli məsələlərdə də irəliləyişin rəsmi təsdiqi oldu. Bu sənəd, yüz ildən artıq davam edən münaqişəyə son qoyaraq bölgəyə uzunmüddətli sülh gətirmək potensialına malikdir”.

Bunu Türkiyənin Uludağ Universitetinin professoru Mehmet Yüce deyib.

Güney Qafqazda güc balansını dəyişdirən tarixi addım

BAYRAQDAR MEDİA-ya açıqlamasında o, qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda keçirilən Zirvə görüşündə sülh sazişinin paraflanması Güney Qafqazda güc balansını dəyişdirən tarixi addım kimi qiymətləndirilir: “Bu razılaşma Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbənin masa arxasında da təsdiqlənməsidir. Bəli, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıması Bakının diplomatik uğurudur”.

Bu sazış Türkiyə ilə ABŞ arasında yeni tərəfdaşlıq perspektivləri açır

Vurğulanıb ki, Zəngəzur dəhlizinin açılması isə Azərbaycanla Türkiyə arasında birbaşa quru əlaqəsini təmin etməklə yanaşı, Türkiyənin Orta Asiya türk dövlətlərinə çıxışını genişləndirəcək, regionun ticarət və logistika imkanlarını gücləndirəcək.

Müsahibimiz sazişin başqa bir baxımdna da önəmli olduğunu deyib. Onun sözlərinə görə, bu sazış Türkiyə ilə ABŞ arasında yeni tərəfdaşlıq perspektivləri açır.

Mission News Theme by Compete Themes.