Press "Enter" to skip to content

Gələcək perspektivlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb

Görüş zamanı

BAYRAQDAR MEDİA – Ötən həftə Azərbaycanda səfərdə olan Anadolu Universitetinin rektoru Prof. Dr. Yusuf Adıgüzel, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgünü də ziyarət edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Anadolu Univeristetindən məlumat verilib.

Məlumata görə, görüş zamanı Anadolu Universitetinin Azərbaycanda həyata keçirdiyi təhsil fəaliyyəti müzakirə olunub: “Xüsusilə, Açıqöğretim Fakültəsi nəzdində açılan Türk Dili və Mədəniyyəti proqramının bölgədəki təsiri və gələcək perspektivləri barədə qarşılıqlı fikir mübadiləsi aparılıb. Ziyarətdə, Bakı təhsil müşaviri Yurdagül Aydoğan və Anadolu Universiteti Açıqöğretim Fakültəsi Xarici Proqramlar müdiri Salih Gümüş də iştirak edib”.

Görüş zamanı Azərbaycan ərazisində türk dili və mədəniyyətinin daha geniş kütlələrə çatdırılması istiqamətində görülən işləri dəyərləndirib. Bu baxımdan, Bakıda həyata keçirilən görüşlərin iki qardaş ölkə arasında təhsil əməkdaşlığını daha da gücləndirəcəyi gözlənilir.

Mission News Theme by Compete Themes.