BAYRAQDAR MEDİA – Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 10-da peşəkar mühasib sertifikatı imtahanının ikinci mərhələsi (qanunvericilik üzrә) keçirilib.
Bu barədə DİM-in məlumatında qeyd edilib.
Məlumata əsasən, mtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvanda 5 binada təşkil olunub: “İmtahanın keçirilməsi üçün 5 ümumi imtahan rəhbəri, 12 imtahan rəhbəri, 90 nəzarətçi, 15 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb edilib. İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün yaxın 6 həftə ərzində elan olunacaq”.





