Press "Enter" to skip to content

Quzey Makedoniyada bələdiyyə seçkiləri keçiriləcək

Afrim Qaşi

BAYRAQDAR MEDİA – Quzey Makedoniya parlamentinin sədri Afrim Qaşi bəyan edib ki, ölkədə bələdiyyə seçkiləri 19 oktyabr 2025-ci ildə keçiriləcək. İlk turda nəticə əldə olunmayan bələdiyyələrdə ikinci tur 2 noyabrda təşkil ediləcək.

Bu barədə yenibalkan.com saytı məlumat verib.

Məlumata görə, seçki kampaniyasına səsvermə günündən 20 gün əvvəl başlayacaq. Bu müddətdə parlamentin inzibati fəaliyyəti davam edəcək, lakin plenar iclaslar keçirilməyəcək.

Afrim Qaşi bildirib ki, seçkilər təkcə texniki proses deyil, xalqın gələcəyini müəyyən edən mühüm demokratik mexanizmdir. O, bütün siyasi partiyaları, namizədləri və dövlət qurumlarını yüksək siyasi mədəniyyət nümayiş etdirməyə çağırıb.

Mission News Theme by Compete Themes.