BAYRAQDAR MEDİA – Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 10-da baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının ikinci mərhələsini (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) keçirib.
Bu barədə DİM-in məlumatında qeyd edilib.
Məlumata görə, imtahanın idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 11 imtahan rəhbəri, 81 zal nəzarətçisi, 12 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb: “İmtahanda iştirak etmək üçün 905 namizəd qeydiyyatdan keçib. Bakıda 879, Naxçıvan isə 26 namizədin imtahan verəcəyi gözlənilirdi”.
Avqustun 11-dən etibarən imtahan protokolları və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın 3 gün ərzində elan edilməsi nəzərdə tutulur.





