Press "Enter" to skip to content

Yeni əməkdaşlıq, yeni müqavilələr

Anadolu Universiteti

Anadolu Universitetinin Azərbaycan universitetləri ilə əlaqələri genişlənir

BAYRAQDAR MEDİA – Anadolu Universitetinin rektoru Prof. Dr. Yusuf Adıgüzel, beynəlxal arenaya yeni açılım siyasətini davam etdirir. Bu çərçivədə rektor İndoneziya, İraq, Balkanlar və Kuzey Kıbrısda apardığı görüşlərin ardından Azərbaycana səfər edib.

Ötən həftə reallaşan səfər yeni əməkdaşlıqların qurulması ilə də yadda qalıb. Bu barədə BAYRAQDAR MEDİA-ya Anadolu Univeristetindən məlumat verilib.

Məlumatda deyilir ki, bu ali təhsil ocağının qlobal səviyyədə inkişafını dəstəkləmək və beynəlxalq əməkdaşlıqları gücləndirmək məqsədi daşıyan bu səfərlər, Anadolu Universitetinin dünya universitetləri arasında daha fəal rol oynaması istiqamətində atılmış konkret addımlar kimi dəyərləndirilir.

Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə əməkdaşlıq protokolu imzalanıb

Məlumata əsasən səfər çərçivəsində ilk olaraq Anadolu Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında beynəlxalq təhsil əməkdaşlığı protokolu imzalanıb: “Mərasimdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektorları Prof. Dr. Eldar Aslanov və Prof. Dr. Aygün Mikayılqızı, həmçinin Anadolu Universiteti Açıqöğretim Fakültəsi Xarici Proqramlar müdiri Salih Gümüş iştirak ediblər”.

Azərbaycan Dövlət Pedaqoji Universitetitində görüş
Azərbaycan Dövlət Pedaqoji Universitetitində görüş

Məlumatda deyilir ki, rektor Prof. Dr. Yusuf Adıgüzel və Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Prof. Dr. Cəfər Cəfərov tərəfindən imzalanan protokol çərçivəsində, ADPU-nun Türkologiya kafedrası ilə Anadolu Universiteti Açıqöğretim Fakültəsinin Türk Dili və Mədəniyyəti proqramı arasında əməkdaşlığın inkişaf etdirilməsi və ortaq layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Bakı Avrasiya Universiteti ilə əməkdaşlıq genişləndirilir

Prof. Dr. Yusuf Adıgüzelin Azərbaycana səfəri çərçivəsində, Bakı Avrasiya Universitetinin rektoru doktor Sayavuş Qasımov ilə də əməkdaşlıq protokolu imzalanıb.

Bunu da Anadolu Universitetindən bildiriblər.

Bakı Avrasiya Universitetində
Bakı Avrasiya Universitetində

Qeyd edilib ki, imza mərasimində rektor müavini Dos. Dr. Sevda Rzayeva, Korporativ Dilçilik və Türk Dilləri kafedrasının müdiri Dos. Dr. Zəminə Rüstəmbəyli, Dos. Dr. Kəmalə Ələkbərova və Anadolu Universiteti Açıqöğretim Fakültəsi Xarici Proqramlar müdiri Salih Gümüş iştirak ediblər.

Tərəflər arasında əldə edilən razılaşmaya əsasən, Anadolu Universiteti Açıqöğretim Fakültəsinin yalnız xaricdən tələbə qəbul edəcək Türk Dili və Mədəniyyəti proqramı ilə Bakı Avrasiya Universitetinin Türkologiya bölümü arasında əməkdaşlıq həyata keçiriləcək.

Mission News Theme by Compete Themes.