Press "Enter" to skip to content

“Dövlət Proqramı Qalibləri ilə Orientasiya Görüşü” olacaq

Elm və Təhsil Nazirliyi

BAYRAQDAR MEDİA – “2022–2028-ci illər üçün Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı” çərçivəsində, 13 avqust 2025-ci il tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) akt zalında “Dövlət Proqramı Qalibləri ilə Orientasiya Görüşü” keçiriləcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “tədbirdə Dövlət Proqramı qalibləri, proqramın icraçı heyəti və digər rəsmi qonaqlar iştirak edəcək. Görüş çərçivəsində proqram haqqında ətraflı təqdimatlar, sual-cavab sessiyası olacaq”.

Mission News Theme by Compete Themes.