Press "Enter" to skip to content

Dünya turizminin liderləri 

Müasir səyahət anlayışı artıq yalnız dincəlməkdən ibarət deyil

BAYRAQDAR MEDİA – Beynəlxalq turizm bazarında bəzi ölkələr zəngin mədəni irsi, tarixi abidələri və müxtəlif turistik təcrübələri ilə milyonlarla ziyarətçini cəlb edərək ön plana çıxır. Müasir səyahət anlayışı artıq yalnız dincəlməkdən ibarət deyil – turistlər getdikləri yerlərdə tarix, mədəniyyət, mətbəx və alış-veriş imkanlarını bir arada yaşamaq istəyirlər.

Bu barədə gunhaber.com.tr saytı məlumat yayıb.

Məlumata görə, bu meyarlara görə, dünya üzrə ən çox turist qəbul edən 10 ölkə aşağıdakı kimi sıralanır:
Fransa – 89,4 milyon, İspaniya – 83,7 milyon, ABŞ – 79,3 milyon, Çin – 65,7 milyon, İtaliya – 65,4 milyon, Türkiyə – 51,2 milyon, Meksika – 45 milyon, Tailand – 39,8 milyon, Almaniya – 39,6 milyon, Böyük Britaniya – 39,4 milyon.

Mission News Theme by Compete Themes.