Press "Enter" to skip to content

Eskişehirdə müalicəvi termal sular

Termal mərkəzlər

BAYRAQDAR MEDİA – Türkiyənin müxtəlif bölgələrindəki termal mənbələr, təbii şəfa axtaran yerli və xarici turistlərin marağını çəkməkdə davam edir. Xüsusilə Eskişehir və ətrafındakı termal mərkəzlər, zəngin mineral tərkibli suları ilə bir çox sağlamlıq probleminə qarşı müsbət təsir göstərir.

Bu barədə eskisehir.net saytı məlumat yayıb.

Bildirilib ki, “Eskişehirin Zümrüt Evler və Sakarıılıca bölgələri 38-45°C istiliyindəki termal suları ilə sağlamlıq turizmində xüsusi yer tutur. Mütəxəssislərin fikrincə, bu sular astma, bronxit, allergik tənəffüs yolları xəstəlikləri, nəfəs darlığı, həmçinin sədəf, ekzema və akne kimi dəri problemlərində rahatladıcı və müalicəvi təsir göstərir. Eyni zamanda, oynaq qireçlənməsi, bel yırtığı, revmatizm, iflic sonrası hərəkət məhdudluğu və uşaq iflici kimi əzələ-iskelet sistemi xəstəliklərinin reabilitasiyasında mühüm rol oynayır”.

Məlumatda deyilir ki, termal sular həzm sistemi və maddələr mübadiləsinə də faydalı təsir göstərərək piylənmə, insulin müqaviməti, qaraciyər çatışmazlığı, qotur xəstəliyi kimi hallarda dəstək rolunu oynayır: “Böyrək daşı, sidik yolları infeksiyaları və prostat problemlərində də faydası qeyd olunur. Həmçinin bəzi qadın xəstəlikləri və doğum problemlərində ümidverici nəticələr verdiyi bildirilir. Stress, sinir sistemi pozuntuları və müxtəlif nevroloji xəstəliklərin müalicəsində də geniş istifadə edilir. Bu təbii mənbələr hər il minlərlə turist cəlb edərək həm iqtisadiyyata canlılıq qatır, həm də təbii müalicə üsullarına marağı artırır”.

Mission News Theme by Compete Themes.