Press "Enter" to skip to content

Qeyri-neft-qaz sektoruna yönəldilən investisiyalar artıb

BAYRAQDAR MEDİA – Məqsədyönlü iqtisadi islahatlar, əlverişli hüquqi və institusional mühitin formalaşdırılması nəticəsində Azərbaycanın investisiya cəlbediciliyi, xarici və yerli sərmayədarların marağı daha da artır. Azərbaycanda reallaşdırılan uğurlu sosial-iqtisadi inkişaf strategiyasının nəticələri“Moody’s”, “Fitch Ratings” kimi beynəlxalq reytinq agentliklərinin son hesabatlarında da təsdiqini tapır, ölkəmizin kredit reytinqi yüksəlir.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatında əsas kapitala qoyulan xarici investisiyalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 28.6 faiz artaraq 2 milyard manatdan çox olub. Bu ilin birinci yarısındaözəl investisiyalar16.5 faiz artaraq 4.1 milyard manat təşkil edib. Özəl sektor tərəfindən qeyri-neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 27.8 faiz artaraq 2.2 milyard manata yaxın olub. Ümumilikdə cari ilin birinci yarısında ölkə iqtisadiyyatına kredit qoyuluşu 12 faizdən çox artaraq 30.2 milyard manatı ötüb”.

Mission News Theme by Compete Themes.