BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyində (SXA) növbəti vətəndaş qəbulu keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov qəbul zamanı vətəndaşların mənzil və avtomobil təminatı, sanatoriya-kurort yollayışları və sosial xidmətlərə dair digər müraciətlərinə baxıb, sualları cavablandırıb. Eləcə də müxtəlif məsələlər üzrə müraciətlər qeydiyyata alınıb və həlli üçün aidiyyəti üzrə tapşırıqlar verilib”.
Ardınca xəbərdə, “2025-ci ilin ötən dövründə, Agentliyin aparatında və respublikanın müxtəlif şəhər və rayonlarında təşkil olunan 14 qəbulda ümumilikdə 150-yə yaxın vətəndaşın müraciətinə baxılıb. Qəbula yazılmaq üçün vətəndaşlar Agentliyin (012) 525-41-30 (daxili 5625) telefon nömrəsinə zəng edə, sxa@sosial.gov.az elektron poçt ünvanına məktub göndərə, sosial şəbəkə hesablarına müraciət edə, yaxud yerli filiallarına yaxınlaşa bilərlər” deyə qeyd edilir.





