Press "Enter" to skip to content

“Xankəndi Hekayəsi” təqdim olunacaq

BAYRAQDAR MEDİA – Avqustun 14-də “Xankəndi Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi” tərəfindən ərsəyə gətirilən “Xankəndi Hekayəsi” sənədli filmi ictimaiyyətə təqdim olunacaq.

Bu barədə BAYRAQDAR MEDİA-ya İctimai Birlikdən məlumat verilib.

Məlumata görə, film, Qarabağın qədim şəhəri Xankəndinin tarixi, mədəni irsi və məcburi köçkünlərin yaddaşında yaşayan doğma yurd həsrətini əks etdirir: “Tədbirdə dövlət qurumlarının, media nümayəndələrinin, eləcə də Xankəndidən olan sakinlərin iştirakı gözlənilir. “Xankəndi Hekayəsi” filmi real şahidlərin dilindən, arxiv kadrlar və unikal foto-video materiallar əsasında hazırlanıb. Məqsəd, yalnız itirilmiş yurdun xatirəsini yaşatmaq deyil, həm də Qarabağın bərpası və gələcək nəsillərə ötürüləcək həqiqətlərin sənədli salnaməsini yaratmaqdır”.

Qeyd edilib ki, filmin təqdimatı həm də Xankəndi sakinlərinin öz yurdlarına qayıdış ümidini, azərbaycanlıların birlik və həmrəyliyini dünyaya çatdırmaq məqsədi daşıyır: “Təqdimat mərasimi 14 avqust, saat 14.00 -da World Business Center-də (2-ci mərtəbə, kiçik zal) Səməd Vurgun 83 ünvanında keçiriləcəkdir. Əlaqə: Vəliyeva Xatirə Yusif qızı ,tel-055 627 02 99 ;e-poçt valiyeva.xatira@mail.ru
“Xankəndi Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi”

Mission News Theme by Compete Themes.