BAYRAQDAR MEDİA – Ağdərə rayonu, Suqovuşan kəndində dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin yüksək peşəkarlığı və əməkdaşların xüsusi fədakarlığı sayəsində daha geniş sahəyə yayılmasına imkan verilmədən tam söndürülüb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “bundan əlavə, Qubadlı rayonunun Qayalı kəndində açıq sahədə baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb”.





