Press "Enter" to skip to content

BDU-da Süni intellekt etikası beynəlxalq tədbiri

BDU-da Süni intellekt etikası beynəlxalq tədbiri

BAYRAQDAR MEDİA – 28-31 oktyabr 2025-ci il tarixlərində Bakı Dövlət Universitetində (BDU) Süni intellekt etikası üzrə beynəlxalq tədbir keçiriləcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “bununla bağlı BDU, Beynəlxalq Türk Akademiyası və Türkiyə Elmlər Akademiyası (TÜBA) arasında razılığa gəlinib və müvafiq protokol imzalanıb. Əməkdaşlıq barədə BDU rektoru Elçin Babayev, Beynəlxalq Türk Akademiyasının Prezidenti Şahin Mustafayev və TÜBA Prezidenti Muzaffer Şeker müzakirələr aparıblar”.

Ardınca xəbərdə, “tədbirə türkdilli dövlətlərin ali təhsil müəssisələri və elmi qurumlarından mütəxəssislər, həmçinin bir sıra Avropa və Asiya ölkələrindən tanınmış alimlər qatılacaq. Oktyabrın 28-29-da süni intellektin etikası üzrə elmi konfrans, oktyabrın 30-31-də isə təhsilalanlar üçün Payız Məktəbi keçiriləcək” deyə bildirilir.

Mission News Theme by Compete Themes.