Press "Enter" to skip to content

Ərəb Koordinasiya Qrupunun nümayəndə heyəti ilə görüş

BAYRAQDAR MEDİA– İqtisadiyyat Nazirliyində Ərəb Koordinasiya Qrupuna (ƏKQ) daxil olan İslam İnkişaf Bankı Qrupu, Əbu-Dabi İnkişaf Fondu, Küveyt Ərəb İqtisadi İnkişaf Fondu, Səudiyyə İnkişaf Fondu və Beynəlxalq İnkişaf üzrə OPEC Fondunun ekspertlərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə nazirlikdən məlumat vderilib.

Bildirilib ki, “görüşdə ölkəmizin Qrupa daxil olan maliyyə institutları ilə uğurlu əməkdaşlıq həyata keçirdiyi vurğulanıb. Azərbaycanda biznesin inkişafı və investisiya qoyuluşları üçün yaradılmış əlverişli işgüzar mühit, potensial investisiya sahələri barədə məlumat verilib. Nümayəndə heyəti Ərəb Koordinasiya QrupununAzərbaycanla əməkdaşlığın genişləndirilməsinə önəm verdiyini bildirib. 2026-cı ildə İslam İnkişaf Bankı Qrupununillik toplantılarının Azərbaycanda keçirilməsinin tərəfdaşlığın gücləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib”.

Məlumata əsasən, görüşdə mövcud işbirliyinin genişləndirilməsi və dövlət zəmanətli investisiya layihələrinin həyata keçirilməsi imkanları müzakirə edilib. Ərəb Koordinasiya Qrupunun dövlət zəmanətli investisiya layihələrinin maliyyələşdirilməsində fəal iştiraka hazır olduğu nəzərə çatdırılıb.

Mission News Theme by Compete Themes.