BAYRAQDAR MEDİA– Eskişehir Böyükşəhər Bələdiyyəsi şəhərə müasir, sağlam və funksional qapalı bazar sahəsi qazandırmaq üçün mühüm layihəyə başlayır.
Bu barədə eskisehir.net saytı məlumat yayıb.
Bildirilib ki, “Çevre, Şəhərsalma və İqlim Dəyişikliyi İl Müdirliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək “Kurtuluş Qapalı Bazar Yeri” layihəsinin təməlqoyma mərasimi 13 avqust çərşənbə günü olacaq. Mərasim Eskişehir Böyükşəhər Bələdiyyə Başçısı Ayşe Ünlücenin iştirakı ilə saat 11:00-da Kurtuluş məhəlləsi Şentürk küçəsində, Yunus Emre Xalq Bazarı yanında baş tutacaq. Layihə ilə vətəndaşlara daha rahat və gigiyenik alış-veriş imkanı təmin olunması məqsəd qoyulub”.





