Press "Enter" to skip to content

İyulda 8 milyona yaxın tibbi xidmət göstərilib

BAYRAQDAR MEDİA – TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 2025-ci ilin iyul ayı ərzində ümumilikdə 2 milyon 142 min 858 müraciət qeydə alınıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, “bunlardan 47 min 217-si stasionar, 2 milyon 95 min 641-i ambulator olub. 2024-cü ilin eyni dövrü ilə müqayisədə müraciətlərin ümumi sayında 7 faiz artım qeydə alınıb”.

Məlumata əsasən, iyul ayında göstərilən xidmət sayında da ötən ilin eyni dövrü ilə müqayisədə artım müşahidə olunub: “Belə ki, ay ərzində 7 milyon 921 min 888 (1 043 077 stasionar, 6 milyon 878 min 811 ambulator olmaqla) tibbi xidmət göstərilib. Tibb müəssisələrində göstərilən xidmətlərin ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz artıb”.

Qeyd edilib ki, tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə də artım qeydə alınıb: “Ay ərzində 3 milyon 476 min 517 sayda laborator müayinələr aparılıb ki, onların da 540 min 972-si stasionar, 2 milyon 935 min 545-i ambulator olub. Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayında 2024-cü illə müqayisədə 23 faiz artım qeydə alınıb”.

İyul ərzində cərrahi əməliyyat və prosedurların sayı isə 34 min 860 (32 931 stasionar, 1 929 ambulator olmaqla) olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əməliyyat və prosedurların sayında 2 faiz azalma qeydə alınıb.

Mission News Theme by Compete Themes.