BAYRAQDAR MEDİA – “GÜLSAM” Əlillərin Reabilitasiyası İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əlilliyi olan şəxslərin reabilitasiyasının dəstəklənməsi – Məhdudiyyətimizə rəğmən istedadımız var” adlı layihənin üçüncü tədbirini həyata keçirib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Birlikdən daxil olub.
Xəbərdə bildirilir ki, “GÜLSAM” ƏRİB layihənin üçüncü tədbirini Bakının gözəl məkanlarından birində, avqustun 2-də keçirib. Tədbirdə 7 nəfər əlil iştirakçı öz bacarıqlarını nümayiş etdirib. Tədbir iştirakçıları arasında musiqiçilər, yazarlar və rəsm bacarığı olan fiziki məhdudiyyətli şəxslər öz çıxışlarını təqdim ediblər.
“GÜLSAM”ın rəhbəri Gülnarə Səlimova tədbirə qatılanlara təşəkkür edərək, belə müsabiqələrin cəmiyyətin müxtəlif təbəqələri arasında bərabər imkanlar yaratmaq və əlillərin sosial həyatda iştirakını dəstəkləmək baxımından önəmini vurğulayıb. Üçüncü mərhələdə iştirakçılardan daha üç nəfər iştirakçı finala vəsiqə qazanıb.
Xəbərdə deyilir ki, “GÜLSAM” ƏRİB-in ən böyük uğurları tədbirlərdə iştirak edən iştirakçıların sevincləri, üzlərindəki təbəssüm və sonsuz təşəkkürləridir.





