BAYRAQDAR MEDİA – İğdırın Tuzluca rayonuna Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaşın səfərindən sonra sevindirici xəbər verilib. Rayonda Yaşlılar üçün Gündüz Qulluq Mərkəzi inşa olunacaq.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Məlumata görə, nazir Göktaşın İğdır proqramı çərçivəsində açıqladığı layihə, Tuzlucada yaşayan yaşlı insanların sosial həyatını dəstəkləyəcək, onlara qulluq və reabilitasiya xidmətləri göstərəcək müasir bir mərkəzin yaradılmasını nəzərdə tutur: “Bu təşəbbüsün yaşlı əhalinin həyat keyfiyyətini artırması və ailələrə dəstək verməsi gözlənilir”.





