Press "Enter" to skip to content

1 milyon tələbəsi olan dünyanın ən güclü 3-cü universiteti

Kollaj

Prof. Dr. Yusuf Adıgüzel: Anadolu Universiteti “Dəyişikliyə Açıq Təhsil” anlayışı ilə açıq və uzaqdan təhsildə yeni bir dövrə qədəm qoyur

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi qardaş Türkiyənin Anadolu Universitetinin rektoru Prof. Dr. Yusuf Adıgüzel ötən həftə Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində media nümayəndələri ilə də görüşən rektor BAYRAQDAR MEDİABakıvaxtı.az üçün müsahibə verib.

Müsahibə zamanı
Müsahibə zamanı

Anadolu Univeristetinin yeni dönəmdə həyata keçirdiyi işlər, planlaşdırılan məsələlər, o cümlədən türk dünyası ilə bağlı atılan addımların da əhatə olunduğu müsahibəni təqidm edirik.

İdarəetmədə davamlılıq və səmərəlilik

-Məlum olduğu kimi Anadolu Universitetində köklü dəyişikliklər dövrü başlayıb. Bu dəyişiklikləri zəruri edən səbəblər nələr idi?

-Əvvəla, bu sualı verdiyiniz, bizə son proseslərlə bağlı aydınlatma fürsəti yaratdığınız üçün təşəkkür edirəm. Konkret sualınızın cavabına keçməzdən öncə bildirim ki, Türkiyənin Açıqöyrətim Sisteminin qurucusu və öncüsü olan Anadolu Universiteti, təxminən yarım əsrlik təcrübəsi ilə açıq və uzaqdan təhsildə yeni bir dövrə qədəm qoyur. Universitet “Dəyişikliyə Açıq Təhsil” anlayışı ilə Açıqöyrətim Sistemini rəqəmsal transformasiya və struktur islahatları vasitəsilə daha da irəli aparır. Təxminən bir milyon aktiv tələbəsi və dörd milyon məzunu ilə dünyanın ən böyük Açıqöyrətim Sistemlərindən birinə sahib olan Anadolu Universiteti, təhsildə texnologiyanın təqdim etdiyi imkanlardan yararlanaraq öyrənmə materiallarını yeniləyir, yeni proqramlar və tədris mühitləri yaradır. Bu çərçivədə “Dəyişikliyə Açıq Təhsil” lansman kampaniyasının reklam filmini tamamilə süni intellekt tətbiqləri ilə hazırlayan Anadolu Universiteti, təhsildə yenilikçi və texnoloji vizyonunu nümayiş etdirir. 14 iyul 2025-ci il tarixli Resmi Gazetedə dərc olunan Prezident qərarı ilə Açıqöyrətim Sistemində mühüm struktur dəyişikliyi həyata keçirilib. İqtisad və İşlətmə fakültələrindəki bəzi bölmələr Açıqöyrətim Fakültəsinin tərkibində birləşdirilərək akademik struktur sadələşdirilib. Bu dəyişikliklə idarəetmə proseslərinin səmərəliliyinin artırılması, tələbələrə isə daha bütöv və mərkəzləşdirilmiş dəstək göstərilməsi hədəflənir.

Böyük bir rəqəmsallaşma dövrü yaşayırıq

-Dediyinizdən belə nəticə hasil olur ki, Anadolu Univeristeti böyük bir dəyişiklikləri reallaşdırır?

-Bəli. Anadolu Universiteti böyük bir dəyişiklik, rəqəmsal transformasiya dövrünü yaşayır. Dünya miqyasında “Qlobal Kampus” olma hədəfi ilə fəaliyyət göstərən Anadolu Universitetinin bəhs etdiyimiz yeni dəyişimlərinə gəlincə bunun mərkəzində “zaman itkisinə və israfa son” fəlsəfəsinin dayandığını deyə bilərik. Yeni yanaşmamız odur ki, bütün bölümlər, dərslər, təqdimatlar, dinləmə, izləmə bütün vizula materiallar hamısı universal sistemlə tələbələrin xidmətində təqdim edilir. Biz bu rəqəmsallaşma ilə bərabər süni intellekti çox aktiv işlədərək artıq üz-üzə edilən və çap, kağız, kitab ilə edilən bir çox işi süni intellektlə edirik. Artıq tələblərin qeydiyyat, sənəd alma, sıraya girmə, kitab alma, tələbə kartını almaq üçün ofisə getməsi lazım gəlmir. Bu, bizim üçün böyük bir rəqəmsallaşma dövrüdür. Biz Türkiyədəki bütün 81 bölgədəki ofislər bağladıq. Bunları edərkən, həm zaman itkisinin qarşısını aldıq, həm də ekoloji baxımdan mühüm bir addım atdıq. Təsəvvür edin ki, biz bu addımı atana qədər univeristetdə ildə 16 milyon kitab nəşr edirdik. 5 ildə bu 80 milyon kitab, 80 milyon kitab isə yüz minlərcə ağacın kəsilməsi demək idi. Rəqəmsallaşmaya keçməklə biz həm kitab üçün etdiyimiz maddi itkilərin qarşısını alırıq, həm də ağacların kəsilməsini önləmiş oluruq. Bu sirr deyil ki, həmin kitabları bəzən tələbələr heç vərəqləmirdilər. Elektron varinatını axtarırdılar. Artıq biz elektron variantı onlara təqdim edirik. Həmçinin dərs proqramlarını elə tərtib etmişik ki, tələbələr hətta mətbəxdə belə bu dərsi dinləyə bilirlər. Dərslər uzaqdan keçilir. Ancaq imtahanlar üz-üzə olur. Bir sözlə, bir daha deyirəm ki, böyük bir rəqəmsallaşma dövrü yaşayırıq. Bunun üçün də əvvəlcə müəllimlərimizi sonra da tələbələrimizi hazırlayaraq süni intellektiin hökm sürdüyü bu dövrdə həyat dəyişdirəcək yeniliklər edirik.

3 dekandan da ayrı-ayrılıqda razılıq alınması lazım olurdu

-Qeyd etdiyiniz kimi uzaqdan təhsil sistemində də köklü dəyişikliklər edilib. Bununla bağlı daha detallı olaraq nələri qeyd edə bilərisiniz?

-Anadolu İniversitetində bu vaxta qədər uzaqdan təhsili verən 3 fakültə var idi – Açıqöyrətim Fakültəsi, İqtisad Fakültəsi və İşlətmə Fakültəsi. Biz İqtisad və İşlətmə fakültələrində olan uzaqdan təshil bölmələrini Açıqöyrətim Fakültəsinin ixtiyarına verdik. Bunu həm də idarəçilik və daha rahat hərəkət edə bilmək üçün etdik. Çünki əvvəla hər üç fakultədə demək olar ki, eyni iş görülürdü. Digər tərəfdən sabah hər hansı bir sənəd qəbul edilməsi lazım gələndə hər üç fakultənin iclas keçirməsi, yaxud 3 dekandan da ayrı-ayrılıqda razılıq alınması lazım olurdu ki, bu da vaxt itkisi idi. Bir sözlə, səmərəli idarəetmə bizim hədəfimizdir.

Bütün dünyaya türkcəni öyrədəcəyik

-Anadolu Universitetinin yeni dönəmdə türk dünyasına yönəlik siyasəti necə olacaq?

-Türk dünyası ilə əlaqələri daha da dərinləşdirmək əsas hədəfimizdir. Bu istiqamətdə müxtəlif addımlar atırıq. Bununla bağlı onu deyim ki, Anadolu Universitetinin Açıqöyrətim Sistemi yalnız bir təhsil modeli kimi deyil, eyni zamanda bir ictimai diplomatiya vasitəsi kimi formalaşıb. Universitet dünyanın dörd bir yanındakı türklərə çatmağı, onların ana dillərində ali təhsil ala bilmələrini və mədəni bağlarını qoruyub saxlaya bilmələrini təmin etmək hədəfini davam etdirir. Anadolu Universiteti atdığı bu addımlarla beynəlxalq arenada yalnız yüksək keyfiyyətli akademik təhsilin aparıcı ünvanı kimi deyil, eyni zamanda mədəni irsin daşıyıcısı kimi də özünə möhkəm yer qazandırmağa davam edir.

Media təmsilçiləri ilə görüşdən
Media təmsilçiləri ilə görüşdən

– Konkretləşdirsək, türk dilinin tədrisi ilə bağlı hansısa addımı atacaqsınız?

-Türkcənin dünyaya yayılması istiqamətində xüsusi proqramımız var. Məlumat üçün bildirim ki, Açıqöyrətim Sistemi 1982-ci ildə Anadolu Universitetinin tərkibində yaradılıb. Bu günədək 4 milyon 200 min məzun vermiş və dünyada ilk üçlükdə yer alan bir sistemimiz mövcuddur. İndi isə yarım əsrə yaxın təcrübəmizi artıq Türk Dili və Mədəniyyəti Proqramı ilə bütün dünyaya çatdırmaq istəyirik. Yəni Açıqöyrətim Sistemi vasitəsilə bütün dünyaya türk dilini öyrətməyi hədəfləyirik. Türk Dili və Mədəniyyəti Proqramı bu il ilk dəfə olaraq tələbə qəbul edəcək. Dünyanın müxtəlif ölkələrində ali təhsil almaq istəyən, əcnəbi vətəndaşlıq daşıyan və ya ikili vətəndaşlıq hüququna malik şəxslər Açıqöyrətim Sistemi vasitəsilə bu proqrama yazıla biləcəklər. Yəni, serial və ya filmlərdən Türk dilinə müəyyən qədər bələd olan beynəlxalq fərdlərə akademik səviyyədə türk dili təhsili vermək, türk dili və mədəniyyətini bütün dünyaya yaymaq kimi bir missiyamız var. Bu məqsədlə də dünyanın yeddi qitəsində, yüzdən çox ölkədə və altmışdan artıq imtahan mərkəzi ilə qlobal miqyasda bir türk dili səfərbərliyi başladırıq. Proqramın ən diqqətçəkən xüsusiyyətlərindən biri, türk dili biliyi olmayan tələbələr üçün 1 illik türk dili hazırlıq sinfinin təqdim olunmasıdır. Hazırlıq mərhələsini uğurla başa vuran və C1 bəlgəsini alan tələbələr Açıqöyrətim Fakültəsinin 50-yə yaxın proqramından birinə birbaşa keçid edə biləcəklər. Bir sözlə, Türk Dili və Mədəniyyəti Proqramı yalnız bir dil təhsili deyil, tələbələrin Türk dili biliklərini akademik səviyyədə sənədləşdirərək təhsil yolçuluqlarını zənginləşdirmələrinə imkan yaradan bir fürsətdir.

Hər iki univeristetin tələbələri, həm də uzaqdan təhsil alaraq 2 diplom sahibi ola bilərlər

-Əslində, bu proqram Azərbaycandan olan gənclərə də əlavə imkan yaratmış olur, deyə bilərikmi?

-Əlbəttə. Statistik məlumatlara əsasən hazırda Türkiyə ali məktəblərində Azərbaycandan olan 40 mindən artıq gənc təhsil alır. Bundan sonra da təhsil almaq istəyənlər çox olacaq. Təsəvvür edin ki, onlardan Türkçə bəlgəsi istənir. Bunun üçün isə Tömere getməsi və ya imtahanı keçmələri lazımdır. Bizim proqramın yaratdığı imkana gəlincə həmin gənclər Türkiyədəykən hazırlıq oxumaq yerinə Azərbaycandaykəndə bizim proqram üzrə qeyydiyyatan keçib, türkcəni öyrənib, ondan sonra Türkiyədə hər hansı bir bakalavr bölümünə qeydiyyat edə bilərlər.

-Anadolu universiteti Azərbaycanda hər hansı bir universitet ilə əməkdaşlıq edirmi?

-Bizim Azərbaycanda bir çox universitet ilə anlaşmamız var. Bu səfər çərçivəsində isə daha 2 univeristet ilə anlaşma əldə etdik. Səfər çərçivəsində ilk olaraq Anadolu Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında beynəlxalq təhsil əməkdaşlığı protokolu imzalandı. Mən və Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Prof. Dr. Cəfər Cəfərov tərəfindən imzalanan protokol çərçivəsində, ADPU-nun Türkologiya kafedrası ilə Anadolu Universiteti Açıqöğretim Fakültəsinin Türk Dili və Mədəniyyəti Proqramı arasında əməkdaşlığın inkişaf etdirilməsi və ortaq layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bundan başqa, Bakı Avrasiya Universitetinin rektoru doktor Sayavuş Qasımov ilə də əməkdaşlıq protokolu imzaladıq. Tərəflər arasında əldə edilən razılaşmaya əsasən, Anadolu Universiteti Açıqöğretim Fakültəsinin yalnız xaricdən tələbə qəbul edəcək Türk Dili və Mədəniyyəti Proqramı ilə Bakı Avrasiya Universitetinin Türkologiya bölümü arasında əməkdaşlıq həyata keçiriləcək. Buradaki imzalanan sənədlərə əsasən hər iki univeristetin tələbələri, həm də uzaqdan təhsil alaraq 2 diplom sahibi ola bilərlər.

Ortaq dəyərlərimizi gələcək nəsillərə ötürmək bizim üçün ən böyük qürurdur

-Son sual, Azərbaycan proqramları ilə bağlı yeni yanaşma nə olacaq?

-Azərbaycan proqramlarımızla illərdir minlərlə tələbəyə çatdıq və bu il 16-cı buraxılışımızın sevincini yaşayırıq. “Türk dünyasının qlobal universiteti” vizyonumuz çərçivəsində, Azərbaycanlı gənclərə təqdim edilən keyfiyyətli təhsil imkanlarını hər il daha da genişləndirməyi hədəfləyirik. 2005-ci ildən etibarən Avropa Kredit Transfer Sistemini tətbiq edərək, məzunlarımıza dünyanın bir çox ölkəsində keçərli beynəlxalq akademik üstünlüklər qazandırırıq. Məqsədimiz tələbələrimizi qlobal arenada rəqabət aparacaq səviyyəyə gətirən bir təhsil modelini təqdim etməkdir. İki qardaş ölkənin elmi, mədəni və iqtisadi inkişafına töhfə vermək, ortaq dəyərlərimizi gələcək nəsillərə ötürmək bizim üçün ən böyük qürurdur.

Prof. Dr. Yusuf Adıgüzel və Nadir Azəri
Prof. Dr. Yusuf Adıgüzel və Nadir Azəri

Mission News Theme by Compete Themes.