BAYRAQDAR MEDİA – Türkiyənin ən yüksək zirvəsi olan Ağrı Dağını örtən “takka” buzulu, qlobal istiləşmə səbəbindən sürətlə əriyərək elm adamlarını narahat edir.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Məlumata görə, 5137 metr yüksəklikdə yerləşən Ağrı Dağı yalnız möhtəşəm görünüşü ilə deyil, həm də ölkənin ən böyük takka buzuluna sahib olması ilə diqqət çəkir: “İlin hər fəslində yerli və xarici alpinistlərin ziyarət etdiyi zirvəni örtən buz kütləsi son illərdə artan temperatur və iqlim dəyişikliyi nəticəsində ciddi ərimə prosesinə məruz qalır. Iğdır Universiteti Coğrafiya Bölümü müəllimi dosent Mehmet Ali Çelik bildirib ki, keçmişdə 70 kvadrat kilometr ərazini əhatə edən bu buzulu XX əsrin əvvəlində 15 kvadrat kilometrə enib, hazırda isə cəmi 4,5–5 kvadrat kilometr sahəni tutur”.
Qeyd olunub ki, buzulların əriməsi təkcə onların yox olması demək deyil: “Bu, eyni zamanda təbii fəlakətləri artırır, bölgədəki canlı həyatını mənfi təsirə məruz qoyur, su balansını pozur və ciddi ekoloji nəticələr doğurur”.
Araşdırmalara görə, dağın güney yamaclarında buzullar demək olar ki, tamamilə yox olub. Quzey və quzey-batı yamaclarında isə hələ qalır. Lakin 2050-ci ilə qədər bu takka buzunun yarısının əriməsi gözlənilir. Bu proses bölgənin təbii quruluşu və ekosistemi üçün böyük təhlükə yaradır.





