BAYRAQDAR MEDİA – Avqustun 13-də Pakistanın paytaxtı İslamabad şəhərində ilk dəfə “Müstəqillik günü” və “Haqqın qələbəsi”nə həsr edilmiş hərbi parad keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “paradı Pakistanın siyasi və hərbi rəhbərliyi ilə yanaşı, Azərbaycanın müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Azərbaycanın Pakistandakı səfirliyi və hərbi attaşelik aparatının nümayəndələri, eləcə də digər rəsmi qonaqlar izləyiblər. Müxtəlif ölkələrin silahlı qüvvələrinin nümayəndələrinin iştirak etdiyi hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun parad heyəti təmsil edib”.





